...

BMT Baş katibi Rusiya və ABŞ arasındakı tərkislah üzrə danışıqlarda tərəflərə uğurlar arzulayıb

Siyasət Materials 20 May 2009 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may / Trend , müxbir Е.Оstapenko /

"BMT Baş katibi Pan Gi Mun silahlanmadan imtina sahəsində qeydə alınan irəliləyişdən ruhlanıb və nüvə silahının kəmiyyətcə azaldılması üzrə Rusiya və ABŞ arasındakı danışıqlarda tərəflərə uğurlar arzulayıb", - BMT-nin press-relizində deyilir.

Çərşənbə axşamı Cenevrədə tərksilah üzrə konfransda BMT rəhbəri qeyd edib ki, nüvə və qeyri-nüvə ölkələrindən gələn bir sıra təşəbbüslər var. Bu təşəbbüslər tərkislah prosesinə yeni impuls verə bilər.

"Bu, keçmişdəki fikir ayrılığı və ifliclikdən həqiqi dialoq və proqresə keçidə işarədir", - Pan Gi Mun ələ düşən imkanı buraxmamağa çağıraraq bildirib.

BMT sədri qeyd edib ki, çoxtərəfli əməkdaşlıq qarşıdurmanı əvəzləməli və bir çox həll olunmamış problemləri dalandan çıxarmalıdır.

"Belə yeni çoxtərəfli yanaşma tərkislah və silahları yaymama sahəsində heç vaxt olmadığı kimi lazımlıdır", - o deyərək əlavə edib ki, tərkislah sahəsində on illik durğunluğa son qoymağın vaxtı gəlib çatıb.

SNV haqda yeni müqavilənin imzalanması üzrə ilk rəsmi Rusiya-Amerika danışıqları çərşənbə axşamı Moskvada başlayıb.

1991-ci ildə imzalanmış SNV-1 müqaviləsi Vaşinqton və Moskvanı nüvə başlıqlarının sayını 6 min, onların daşıyıcıların sayının isə hər tərəfdən 1600-a qədər azaltmağa məcbur edir. Müqavilənin müddəti bu ilin dekabrında bitir.

SNV-2-nin imzalanması üzrə dialoqa başlamaq qərarını Rusiya və ABŞ prezidentləri Dmitri Medvedyev və Barak Obama özlərinin aprelin 2-də Londondakı ilk görüşündə qəbul ediblər. Prezidentlər yeni razılaşmanın ilin sonuna qədər hazır olması üçün maksimum səylərini sərf edəcəkləri haqda razılığa gəliblər.

Müxtəlif qiymətləndirmələrə görə, ABŞ-da döyüş növbəsində təxminən 1,1 min nüvə daşıyıcısı və 2,8 min nüvə başlığı var. Rusiyada bu rəqəm müvafiq olaraq 800 və 2,5 mindir.

ABŞ prezidentinin iyulun əvvəlində Rusiyaya səfəri çərçivəsində əsas müzakirə mövzularından birinin SNV-2 müqaviləsi olacağı gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti