...

Azərbaycanın solçu partiyaları öz elektoratlarını qaytarmaq fikrindədirlər

Siyasət Materials 22 May 2009 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may / Trend , müxbir C.Babayeva /

Azərbaycanın solçu partiyaları qısa müddətdə güclənmək və öz elektoratlarını qaytarmaq fikrindədirlər. 

"Azərbaycanın solçu qüvvələrinin dağınıqlığı və zəifləməsi üzündən onların elektoratları digər partiyaların mövqelərində təmsil olunur. Azərbaycanın solçu qüvvələri güclənmədən sonra öz elektroratlarını qaytarmaq niyyətindədirlər", - cümə günü mətbuat konfransında Azərbaycanın Xalq Sosialist Partiyasının (AXSP) sədri Rövşən Hüseynov deyib. 

"Azərbaycanın solçu qüvvələrinin güclənməsinə ehtiyac var və solçu qüvvələrin ümumrespublika forumu sol qanadın güclənməsinə xidmət edəcək", - Hüseynov bildirib.

"Azərbaycanın solçu partiyaları qarşıdakı bələdiyyə, parlament və prezident seçkilərində fəal şəkildə iştirak etmək fikrindədirlər", - AXSP-nin sədri deyib.

Bəzi solçu partiyalar payızda Azərbaycanın solçu qüvvələrinin ümumrespublika forumunu keçirmək niyyətindədirlər. Forumun keçirilməsi üzrə təşkilat komitəsində Xalq Sosialist, Kommunist, Marksist-Leninist Kommunist partiyaları və Azərbaycanın Solçu Demokrat Partiyası təmsil olunub. 

Hüseynov məlumat verib ki, Marksist-Leninist Kommunist partiyası Forumda iştirak etməkdən imtina edərək təşkilat komitəsindən çıxıb. "Forumda iştirak etməkdən imtina edən solçu partiyalar öz qüvvələrinə əmin deyillər. Onların fəallarının sayı azdır və onlar fəal fəaliyyət göstərmirlər", - AXSP sədri deyib.

"Forum ölkənin ictimai-siyasi həyatında vacib hadisə olacaq", Kommunist Partiyasının sədri Rauf Qurbanov deyib. "Azərbaycanın solçu qüvvələrinin ümumrespublika forumunun keçirilməsində məqsəd solçu fikirlərin geniş təbliğatıdır", - Qurbanov deyib.

"Azərbaycanın solçu partiyaları İttifaq yaratmaq fikrindədirlər", - Solçu Demokrat Partiyasının sədri Elşən Manafov deyib. "Azərbaycanda heç bir siyasi partiya solçu partiyaların elektoratının sosial maraqlarını təmin etmir. Solçu qüvvələrin ittifaqı Azərbaycanın siyasi arenasına yenilik və ölkənin siyasi sisteminə yeni münasibətlər gətirəcək", - Manafov deyib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti