...

Tbilisidə Cənubi Qafqazın hemofiliya cəmiyyətlərinin görüşü keçiriləcək

Siyasət Materials 23 May 2009 13:32 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 may / Trend , müxbir N.Kirtsxaliya /

Mayın 23-24-də Tbilisinin "Vere-palas" mehmanxanasında Gürcüstanın Hemofiliya və Donorlar Assosiasiyasının təşkil etdiyi, regionun hemofiliya cəmiyyətlərinin işçi görüşü baş tutacaq.

Görüşdə Ümumdünya Hemofiliya Federasiyasının nümayəndə heyəti, Ermənistan və Azərbaycanın Hemofiliya Assosiasiya və Hemofiliya mərkəzlərinin üzvləri iştirak edəcəklər.

Burada hemofiliyalı xəstələrə xidmət üçün könüllülərin cəlb edilməsi, hemofiliyalı xəstələrin qeydiyyatının yaxşılaşdırılması, onların müalicəsi və sosial şəraiti üçün vəsait cəlb edilməsi məsələləri müzakirə ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti