...

İKT Azərbaycana qarşı erməni təcavüzünü yenidən pisləyib

Siyasət Materials 25 May 2009 18:57 (UTC +04:00)

Suriya, Dəməşq, 25 may / Trend , xüsusi müxbir Ü.Sadıxova /

İslam Konfransı Təşkilatı (İKT) Azərbaycana qarşı erməni təcavüzünü, təşkilatın üzv ölkələrinin XİN rəhbərlərinin Dəməşqdə keçirilən 36-cı iclasında üç qətnamə qəbul edərək yenidən pisləyib.

Bazar ertəsi İKT-nin yekun iclasında Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qətnaməsi qəbul edilib: Ermənistanın təcavüzü ilə bağlı olaraq Azərbaycana iqtisadi yardım göstərilməsi haqqında; Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazilərində İslam mədəniyyəti və tarixi abidələrinin məhv edilməsi haqqında.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Azərbaycanı iclasda XİN rəhbəri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti