...

Gürcüstan parlamentinin üzvləri Aİ və ABŞ-ın birgə bəyanatını müsbət qiymətləndirirlər

Siyasət Materials 26 May 2009 13:34 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 26 may / Trend müx N.Kirsxalia /

Parlament çoxluğu və azlığının nümayəndələri Gürcüstan hakimiyyəti və müxalifətini dərhal dialoqa başlamağa çağıran Aİ və ABŞ-ın birgə bəyanatını müsbət qiymətləndirirlər.

Avropa İnteqrasiyası üzrə Parlament Komitəsinin sədri David Darçiaşvilinin jurnalistlərlə söhbətində bildirdiyinə görə, bəyanat iki fikrin "çox tərəfdaşlı" və "dəqiq" ifadəsidir. "Birinci məsələ odur ki, əgər cəmiyyət inkişafa yönəlibsə dioloqun alternativi yoxdur və bunu mümkün qədər tez həyata keçirmək lazımdır və ikincisi, hər şeyi Konstitusiya çərçivəsində etmək lazımdır", - Darçiaşvili bəyan edib.

Dialoqun alternativsizliyi xristian-demokratlarda şübhə doğurmur. Parlament müxalifətinin nümayəndəsi Georgi Axvledianinin sözlərinə görə, onlar vəziyyətin kəskinləşməsinə qədər bəyan edirdilər ki, qarşıdurma onlar üçün qəbul olunmazdır və böhran dialoq vasitəsi ilə həll edilməlidir. "Biz müəyyən etməliyik - sivil dünyanın bir hissəsi olmaq istəyirikmi", - Axvlediani bildirib.

Radikal müxalifətin lideri Levan Qaçiçeladze ABŞ və Aİ-nin birgə bəyanatına şərh verərək hesab edir ki, Gürcüstanda "fasadlı siyasət" mövcuddur. Qaçiçeladzenin sözlərinə görə, hakimiyyət ilə dialoq və Prezident Mixail Saakaşvilinin istefası mövqeyi onun üçün dəyişilməzdir.

Müxalifət lideri qeyd edir ki, hakimiyyət üçün müxalifət "həqiqi müxalifət" deyil, tərəf hesab olunur.

"Biz böhrandan çıxış üçün prezidentin istefasını tələb edərkən və özümüzü tərəf elan edən zaman, anladıq ki, siyasi böhran tanınmayıb və onun qarşısının alınması üçün addımlar atılmayıb", - Qaçeçiladze bildirib.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti