...

İran Cənubi Pars qaz yataqlarında sərmayə yatırmaq üçün əhaliyə səhmlər paylayacaq

Siyasət Materials 26 May 2009 15:18 (UTC +04:00)

"İranın neft naziri dövlətə 12 milyard 245 milyon dollar dəyərində özəlləşdirmə səhmləri paylamaq təklifini edib. Bu özəlləşdirmə səhmlərinin üç il müddətinə əhaliyə paylanılması planlaşdırlılır",-deyə İran Milli Neft Şirkətinin direktoru Seyfullah Cəşnsaz çərşənbə axşamı bildirib. Bu barədə İRNA agentliyi məlumat yayıb.

Cəşnsaz bildirib ki, özəlləşdirmə səhmlərinin paylanması ilə əhali Cənubi Pars qaz yatağının 15-16 və 17-18-ci mərhələlərində şərik olacaqlar.

O əlavə edib ki, Neft Nazirliyi birinci il üçün 4 milyard 245 milyon dollar, ikinci il üçün 4 milyard 100 milyon dollar, üçüncü il üçün 3 milyard 900 milyon dollar dəyərində özəlləşdirmə səhmləri paylamağı planlaşdırır.

Cəşnsaz bildirib ki, layihədə dünyanın hər bir yerindən iranlılar iştirak edə bilərlər. Onlar səhmləri milli pul və ya beynəlxalq valyuta məzənnəsi ilə əldə edə bilərlər. "Bu layihənin həyata keçrilməsi ilə, neft və qaz sənayesində istehsal olunan məhsuldan əldə olunan gəlirlər dünyanın müxtəlif regionlarında yaşayan iranlılıara aid olacaq", - deyə Cəşnsaz bildirib.

Xəbər lenti

Xəbər lenti