...

Azərbaycanın hərbi hissələrinin birində əsgərlər arasında zəhərlənmə baş verib (ƏLAVƏ OLUNUB - 3 – qida məhsullarının laborator ekspertizası aparılır) - FOTOSESSİYA

Siyasət Materials 27 May 2009 09:52 (UTC +04:00)
Azərbaycanın hərbi hissələrinin birində əsgərlər arasında zəhərlənmə baş verib (ƏLAVƏ OLUNUB - 3 – qida məhsullarının laborator ekspertizası aparılır) - FOTOSESSİYA

Azərbaycan, Bakı, 27 may / Trend /

Azərbaycanda, Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində-Qaraheybətdə yerləşən N saylı hərbi hissədə əsgərlər arasında kütləvi zəhərlənmə baş verib.

Trend -un hadisə yerində olan müxbirlərinin verdiyi məlumata görə, zərərçəkmiş əsgərlər xəstəxanalara, o cümlədən Mərkəzi Kliniki Hərbi Hospitala aparılıb və onlara ilkin tibbi yardım göstərilir.

Onların sözlərinə görə, böyük bir əsgər qrupu ilkin tibbi müayinədən keçdikdən sonra Mərkəzi Kliniki Hərbi Hospitaldan buraxılmışdır.

Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasının baş hakimi Tofiq Süleymanovun verdiyi məlumata görə, əsgərlər adi yeməkdən zəhərləniblər və həmin xəstəxanada onan əsgərlərin səhhəti normaldır.

Trend -un hadisə yerində olan müxbirlərinin verdiyi məlumata görə, bu xəstəxanaya yerləşdirilən 11 əsgər Mərkəzi Kliniki Hərbi Hospitala köçürülüb.  Müxbirlərin bildirdiyinə görə, çərşənbə günü səhər vəziyyəti qənaətbəxş olan əsgərlər altı avtobusla Mərkəzi Kliniki Hərbi Hospitaldan çıxarılıb.   

Hazırda hərbi hissədə zəhərlənmə nəticəsində zərərçəkənlərin sayı barədə məlumat yoxdur.  

Trend -un müxbirinin Müşviqabaddakı hərbi hissədən verdiyi məlumata görə, hadisə yerinə Azərbaycanın müdafiə nazirinin müavini Çingiz Məmmədov gəlib.

Hərbi hissənin əsgərlərinin qida rasionuna daxil olan qida məhsullarının ekspertizası aparılır, Trend -a Səhiyyə Nazirliyindən məlumat verilib. 

Xəbər lenti

Xəbər lenti