...

Çexiya Senatının Sədri Azərbaycana səfər edəcək

Siyasət Materials 28 May 2009 15:28 (UTC +04:00)
Çexiya Senatının Sədri Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 28 may / Trend , müxbir C.Babayeva/ Çexiya Senatının Sədri Azərbaycana səfər edəcək.

"Çexiya və Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Azərbaycan Çexiya üçün böyük əhəmiyyət kəsb edir. Bu ilin sentyabrında Azərbaycana səfər edəcəm" Respublika Günü münasibətilə Praqada təşkil olunan tədbirdə çıxışı zamanı Çexiya Senatının sədri Prjemısl Sobotka bildirib.

Azərbaycanın Çexiyadakı Səfirliyindən cümə axşamı Trend -a bildiriblər ki, Senatın sədri çıxışında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb.

Səfir Tahir Tağızadə isə çıxış edərək, Azərbaycan-Çexiya əlaqələrinin hazırki durumu və perspektivləri barədə məlumat verib, Azərbaycanda demokratiyanın möhkəmləndirilməsi və iqtisadiyyatın inkişafına yönəlmiş tədbirlərdən danışıb.

Tədbirdə Çexiya Senatının Sədri Sobotka (ölkə Konstitusiyasına əsasən Çexiyanın ikinci rəhbər şəxsi) ilə yanaşı maliyyə naziri Yanota, Mədəniyyət, Ətraf Mühit Nazirlərinin birinci müavinləri, Sənaye və Ticarət Nazirinin müavini, Müdafiə Nazirliyi Aparatının rəhbəri, XİN-in Avropa və İqtisadi inkişaf üzrə baş idarələrinin rəisləri, Çexiyanın Azərbaycandakı Səfiri, Parlament üzvləri, Praqada akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri, iş adamları, tədqiqat institutlarının, kütləvi informasiya vasitələrinin və tədris mərkəzlərinin nümayəndələri, eləcə də Çexiyada yaşayan həmvətənlərimiz və təhsil alan tələbələr iştirak ediblər.

Azərbaycanda 28 May-Respublika Günü kimi qeyd olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti