...

Prezidentlərin görüşü iyunun 4-də Sankt-Peterburqda baş tutacaq

Siyasət Materials 29 May 2009 20:36 (UTC +04:00)
Prezidentlərin görüşü iyunun 4-də Sankt-Peterburqda baş tutacaq

Azərbaycan, Bakı, 29 may / Trend , müxbir E.Tariverdiyeva /

Prezidentlərin görüşü iyunun 4-də Sankt-Peterburqda baş tutacaq, ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye jurnalistlərə deyib. 

"Bakıdakı danışıqlar normal keçdi. Biz ciddi irəliləyiş gözləmirdik. Bu, prezidentlərin görüşməsi üçün hazırlıq işi idi", - Minsk qrupunun ABŞ-dan olan həmsədri Metyu Brayza deyib.

"Məncə görüş çox maraqlı olacaq. Həmsədrlər görüşdən mühüm irəliləyiş gözləyirlər. Prezident İlham Əliyev Praqadakı danışıqlar zamanı konstruktiv idi və Sarkisyandan da bu səpkidə reaksiya gözləyirik. Sabah Sarkisyanla görüşürük və ondan konstruktiv danışıqlar gözləyirik", - Brayza qeyd edib.

Minsk qrupunun 18 il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir uğur əldə etməməsi ilə əlaqədar bəyanatlara Fasye münasibət bildirərək deyib ki, "Razılığın əldə olunması Minsk qrupunun qüvvəsi daxilində olsa idi, bu çoxdan baş verərdi. Münaqişənin həlli bizdən asılı deyil. Biz Azərbaycan və Ermənistan prezidentlərinə deyə bilmərik ki, münaqişəni həll etsinlər". Onun sözlərinə əsasən, bunun baş verməsi prezidentlərin siyasi cəsarətindən asılıdır.

Brayzanın sözlərinə görə, Minsk qrupu çox şey əldə edə bilərdi, lakin prezidentlərin 4 iyun görüşü gözlənilməz və qeyri-adi bir şey meydana çıxara bilər.

Fasyenin sözlərinə əsasən, Türkiyə Minsk qrupunun mühüm üzvü olaraq həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərini dəstəkləyir.

"Minsk qrupu bilir ki, münaqişənin həlli ilə bağlı təklif 2007-ci ildən mövcuddur. Düşünürəm ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Minsk qrupu barədə danışarkən münaqişə edən tərəflərin dövlət başçılarının problemin həlli ilə bağlı sənədin bütün müddəalarına diqqətlə yanaşmalı olduqlarını başa düşür", - Fasye vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti