...

Dəməşq – Yaxın Şərqin palitrasıdır: Trend News-un icmalçısı

Siyasət Materials 30 May 2009 08:47 (UTC +04:00)
Dəməşq – Yaxın Şərqin palitrasıdır: Trend News-un icmalçısı

Trend -un Yaxın Şərq redaksiyasının icmalçısı Ülviyyə SadıAXova

Vaşinqton və Avropanın Suriya hökuməti ilə münasibətləri bərpa etməyə çalışmasına baxmayaraq, Dəməşq ilə danışıqlarda uğur xəyala bənzəyir. Suriyada qədimdən bəri ərəb, İran və xristian həyat tərzinin formalaşmasına baxmayaraq, bu ölkədə İran amili dominantlıq edir.

70-ci illərin sonunda İran inqilabından sonra yaranan İran və Suriya ittifaqı iki ölkə münasibətlərindən iki xalq birliyinə çevrilib. Suriyalılar iranlıları yerli əhalidən demək olar ki, ayırmırlar. Suriyalılar ölkənin həm iqtisadi, həm də xarici siyasətinin inkişafında qərb ölkələri ilə əlaqələrə deyil, İran ilə münasibətlərə böyük etibar və ümid edirlər. Əhali arasında fars dilinə üstünlük verilir.

Böyük sayda İran əhalisinin olması sünni ölkəsi olan Suriyada şiəliyi ictimai və dini həyatın ünsürlərindən birinə çevirib. Bu ona dəlalət edir ki, Suriyada din və siyasət heç vaxt kəsişməyib: hakim təbəqə ələvilik cərəyanına etiqad edir, sünni əhalinin üstünlük təşkil etməsinə baxmayaraq, daxili və xarici ticarətin böyük hissəsi şiələrin əlindədir.

İsrail ilə münasibətlərin möhkəmləndirilməsi neft və qazın yoxluğundan, kənd təsərrüfatının inkişafı üçün suyun çatışmazlığından əziyyət çəkən suriyalı iqtisadçılar üçün sərfəlidir. Bundan əlavə, Tehranın siyasi dəstəyi Suriyaya İsrail ilə münaqişədə və Qərb ilə münasibətlərin yoluna qoyulmasında güzəştsizliyi saxlamaqda kömək edir. Dəməşq Avropa və ABŞ ilə dialoqa hazırdır, lakin eyni zamanda hər hansı bir şərt ilə İran və Livanın "Hizbullah" partiyası ilə münasibətləri korlamaqdan imtina edir. Suriyalılar "Hizbullah" partiyasının üzvlərinə milli ərəb qəhrəmanları kimi baxırlar, partiyanın mərhum və sağ qalmış liderlərinin şəkillərini və təşkilatın sarı-göy bayrağını Prezident Bəşər Əsədin portreti ilə yanaşı asırlar.

İran və "Hizbullah" Suriya həyatının ayrılmaz hissəsinə çevrilib. Hətta Dəməşqin Beyrut ilə münasibətləri bərpa etdiyi zaman əvvəlki dost ilə münasibətlər ən yüksək səviyyədə qalıb, baxmayaraq ki, Beyrutda siyasətçilərin yarısından çoxu Tehranın təsirinə qarşı çıxır.

Suriya İran hökumətinin dəstəyi və "Hizbullah" ilə əlaqələrinin olması sayəsində Yaxın Şərqdə əldə etdiyi stabil mövqeyini itirmək istəmir. Səbəb, Dəməşqin ABŞ və Avropanın regiona necə təsir edib-etməməsindən asılı olmayaraq, son beş ildə "musiqini", İranın və onun Livan dövlətində dövlət yaradan və İsrail ordusuna qarşı müqavimət göstərə biləcək vahid hərbi gücə çevrilən müttəfiqi "Hizbullah"ın sifariş etdiyini dərk etməsi ola bilər.

Buna görə də Avropa və ABŞ Əsəd hökuməti ilə münasibətləri yaxşılaşdırmaq üçün alternativ variantlar axtarmalı olacaqlar. Çünki təzyiq və iqtisadi qadağalar Suriya-İran-Şiə ittifaqını yalnız və yalnız möhkəmləndirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti