...

Gürcüstanda Azərbaycan vətəndaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Siyasət Materials 1 İyun 2009 17:30 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 01 iyun / Trend , müxbir N.Kirtsxaliya /

Azərbaycan vətəndaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"Şahvələd Qasımovu qətlə yetirməkdə günhalandırılan Gürcüstan vətəndaşı Nəriman Şamoyan həbs edilib", - Trend -a Gürcüstan DİN-dən deyilib.

Qasımov Şamoyan tərəfindən mayın 28-də qısqanclıq zəminində qətlə yetirilib.

Şamoyan gürcü-erməni sərhədində, "Sadaxlo" NBM-də, Gürcüstana girərkən saxlanılıb. O artıq ifadə verərək bildirib ki, Qasımov onun həyat yoldaşını işlə təmin edəcəyini söz verərək nigahsız yaşamaya məcbur edirmiş.

Gürcüstan CM-nin 108-ci - bilərəkdən adam öldürmə maddəsi üzrə cinayət işi qaldırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti