...

Azərbaycan Prezidenti Norveçin dövlət katibi, neft və energetika naziri müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 2 İyun 2009 18:00 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Norveçin dövlət katibi, neft və energetika nazirinin müavini Robin Martin Kaasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Görüşdə Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransının ilk illərdən başlayaraq təkcə Azərbaycan üçün deyil, dünyanın enerji sahəsində inkişafı baxımından xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb, ötən dövrdə qarşıda duran bütün planların müvəffəqiyyətlə icra olunduğu bildirilib.

Söhbət zamanı Azərbaycan ilə Norveç arasında enerji sahəsində əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Xəbər lenti

Xəbər lenti