...

XİN azərbaycanlı və erməni icmalarının Qarabağa səfərinin hazırlanması üzərində çalışır - nazir

Siyasət Materials 3 İyun 2009 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun / Trend , müx. U.Sadıxova /

Azərbaycan XİN azərbaycanlı və erməni icmalarının Qarabağa səfərinin hazırlanması üzərində çalışır.

"Bu məsələ üzrə hələki konkret razılaşma yoxdur, lakin biz bunun üzərində çalışırıq",- çərşənbə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri Polad Bülbüloğlu və Armen Smbatyan yaxın zamanlarda Dağlıq Qarabağa səfər etməyə hazırlaşırlar.

Azərbaycan və erməni ziyalılarının Dağlıq Qarabağa son səfəri iyunun 28-i 2007-ci ildə hər iki ölkənin RF-dəki səfirlərinin təşəbbüsü ilə həyata keçirilib.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti