...

Yəhudi lobbisi ABŞ-ın İsrailə təzyiq göstərməsinə imkan verməyəcək – "Əl-Qüds" Siyasi Araşdırmalar Mərkəzi

Siyasət Materials 4 İyun 2009 14:00 (UTC +04:00)
Yəhudi lobbisi ABŞ-ın İsrailə təzyiq göstərməsinə imkan verməyəcək – "Əl-Qüds" Siyasi Araşdırmalar Mərkəzi

Azərbaycan, Bakı, 03 iyun / Trend , müx. Ü.Sadıxova /

Barak Obamanın ərəb ölkələrinə səfərinin Yaxın Şərqdə Amerika siyasətinin yeni istiqamətini müəyyən etməsinə baxmayaraq, yəhudi lobbisinin Amerika siyasətinə nüfuzunu nəzərə alsaq, ABŞ İsrailə təzyiq göstərmək gücündə deyil,Yaxın-Şərq üzrə aparıcı analitik Arib əl-Rantavi hesab edir.

"Obama ABŞ-da güclü yəhudi lobbisinin olması səbəbindən (sülh prosesində) İsrailə təzyiq göstərmək gücündə deyil, Trend -a telefonla "Əl-Qüds" (Al Quds Center for Political Studies) Siyasi Araşdırmalar Mərkəzinin direktoru əl-Rantavi Əmmandan bildirib. Obama yəhudi lobbisinə güclü təzyiq göstərmək istəmir, çünki Vaşinqtonda yəhudi lobbisi ilə münasibətlərini saxlamaq niyyətindədir.

Obama Misirə səfər öncəsi Fransa televiziyasına müsahibəsində bildirib ki, "onun Qahirədəki çıxışı (müsəlmanlarla münasibətlərin yaxşılaşmasına yönələcək, lakin bu, Yaxın Şərqdəki problemləri həll etməyəcək", Al Jazeera saytı məlumat verib. Cümə axşamı İslam dünyasının böyük dini universitetlərindən olan "Əl-Əzhər"in tribunasında çıxışı zamanı Obama ABŞ-ın müsəlman ölkələri ilə dialoqunun əsasını qoymaq, onları sülh prosesində və terrorizmə qarşı mübarizədə əməkdaşlığa çağırmaq niyyətindədir.

Obamanın ABŞ-ın islam dünyası ilə yeni münasibətləri haqqında çıxışı ABŞ-ın Yaxın-Şərq dördlüyü (Rusiya, ABŞ, Aİ və BMT) tərəfindən qəbul edilmiş "yol xəritəsi" çərçivəsində müstəqil Fələstin dövlətinin yaradılmasına maneə törədən Qərb sahilində yəhudi məskənlərinin salınmasının dayandırılması tələbindən sonra baş verəcək

Lakin əl-Rantavi hesab edir ki, müstəqil Fələstin dövlətinin yaradılması məqsədi ilə regionda sülh prosesini dəstəkləməsinə baxmayaraq, Obama öz çıxışına qədər ABŞ-ın Ərəb ölkələri və İsrail arasında vasitəçiliyi barədə böyük ümidlər vermək istəmir.

"Obama bilir ki, güclü yəhudi lobbisinin nüfuzu qarşısında Təl-Əvivə təsir göstərə bilməyəcək və bu səbəbdən Yaxın Şərqdə ABŞ-a edilmiş ümidlərin güclənməsini istəmir", - əl-Rantavi bildirib.

Yəhudi lobbisi - ABŞ-da yəhudi cəmiyyətini (6,5 milyon nəfər) və İsraili (7,3 milyon nəfər) dəstəkləyən nüfuzlu qrup və təşkilatların ümumiləşdirilmiş adıdır.

Bu lobbinin ünvanına edilmiş ittihamlar uzun müddət ABŞ-ın İsrail yönümlü fəaliyyətini dəstəkləyən lobbiçilərin konqresə nüfuz etməsi və onun ən güclü təşkilatlarından olan ictimai əlaqələr üzrə Amerika-İsrail Komitəsinin (AIPAC) praktiki olaraq Amerikanın Yaxın-Şərq üzrə xarici siyasətini inhisarlaşdırması ilə bağlıdır.

Məhz 1954-cü ildə gənc İsrail dövlətini dəstəkləmək məqsədi ilə yaradılmış AİPAC, Buş hakimiyyətindən 2005-ci ildə HƏMAS-ın çoxluq təşkil etdiyi, demokratik olaraq seçilmiş Fələstin parlamentini qəbul etməməyi tələb etmişdi.

Ərəb ölkələri artıq Obamanın Yaxın Şərqdə yeni kursuna və işğal edilmiş ərazilərdə əhalisi təxminən yarım milyon olan yəhudi məskənlərinin inşasına dəstəyinin dayandırılmasına ümid etdiklərini ifadə ediblər.

İsrailin xarici işlər naziri Aviqdor Liberman Rusiyaya ilk rəsmi səfəri zamanı ərəb ölkələrinin və ABŞ-ın yeni evlərin inşasının dayandırılması tələbinin əksinə olaraq bildirib ki, "yəhudi məskənlərinin genişləndirilməsi sülh prosesinə mane olmur", "Vesti" televiziya kanalı məlumat verib.

Analitiklər istisna etmirdilər ki, strateji və hərbi tərəfdaş olan ABŞ və İsrailin siyasətində narazılıq Amerika-İsrail münasibətlərinin zəifləməsinə və ABŞ-ın İsrailə hərbi yardımının dayandırılmasına gətirib çıxara bilərdi. Nəzərə alsaq ki, İsrailə silahların 96 faizi Vaşinqtondan gətirilir, ABŞ İsrailə iqtisadi və hərbi təzyiq imkanlarına malikdir.

Lakin əl-Rantavi hesab edir ki, cari sülh prosesi mərhələsində ABŞ və İsrail arasında mövcud ziddiyəti nəzərdən keçirmədən öncə, Vaşinqtonun regiondakı münaqişənin həlli imkanlarına baxmaq lazımdır.

"Təcrübə göstərir ki, ABŞ əvvəllər də bacarmırdı (İsrailə təzyiq) və hazırda da ölkədə yəhudi lobbisinin güclü nüfuzu nəticəsində bu işi bacarmır",- Əl-Rantani əlavə edib.

Fələstin və İsrail arasında sülh prosesi İsraildə "Likud" partiyasının rəhbəri Binyamin Netanyahunun baçılığı ilə sağ hökumətin hakimiyyətə gəlməsində sonra dayanıb.

"İsrail bizim evimizdir" partiyasının üzvü olan XİN rəhbəri Liberman sülh danışıqlarının dayandırılmasını dəstəkləyib və bəyan edib ki, Fələstin torpaqlarında iqtisadi vəziyyətin yaxşılaşmasına qədər Annapolisdə sülh konfransı şəraitində müstəqil Fələstin dövlətinin yaradılması mümkün deyil.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti