...

İran Ali rəhbərinin Azərbaycandakı nümayəndəsi Milli Təhlükəsizlik Nazirliyində dindirilmədiyini açıqlayıb

Siyasət Materials 5 İyun 2009 11:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir T.Cəfərov /

İran Ali rəhbərinin Azərbaycandakı nümayəndəsi Milli Təhlükəsizlik Nazirliyində (MTN) dindirilmədiyini deyib.

"Azərbaycan mətbuatında mənim MTN-ə çağırılmağım barədə yayılan məlumatı təkzib edirəm. Mənim bu məsələdən xəbərim yoxdur", - İran Ali rəhbərinin Azərbaycandakı nümayəndəsi ruhani Əliəkbər Ocaqnejad cümə günü Trend -a bildirib.

Trend -un arayışı: İyunun 2-də Azərbaycan mətbuatında "İran səfirliyinin əməkdaşı MTN-ə çağrıldı!" başlıqlı məlumat dərc olunub. Məlumatda bildirilir ki, bugünlərdə İranın Azərbaycandakı səfirliyinin mədəniyyət mərkəzinin keçmiş rəhbəri, ruhani Əliəkbər Ocaqnejad təhlükəsizlik orqanlarına aparılaraq orada dindirilib. Eyni zamanda hökumət orqanları şiə icmalarını, İran mədəniyyət mərkəzi ilə əlaqəsi olan Azərbaycan vətəndaşlarını nəzarətdə saxlayır. Həmçinin İranın Azərbaycanda və Gürcüstanda azərbaycanlılar arasında fəaliyyəti araşdırılır. İranın Gürcüstan azərbaycanlıları arasında dini fəaliyyəti də hökuməti narahat edir.

Ocaqnejad əlavə edib ki, bu cür məlumatlar qəsdən və məqsədli şəkildə bəzi maraqları təmin etmək məqsədi ilə yayımlanır. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti