...

Gürcüstanın müdafiə naziri David Sixarulidze NATO ölkələrinin müdafiə qurumları rəhbərlərinin görüşündə iştirak edəcək

Siyasət Materials 8 İyun 2009 12:30 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 08 iyun  / Trend , müx. N.Kirsxlaia /

Gürcüstanın müdafiə naziri David Sixarulidze NATO ölkələrinin müdafiə qurumları rəhbərlərinin görüşündə iştirak edəcək. Gürcüstan Müdafiə Nazirliyindən verilən məlumata görə, görüş iyunun 11-12-də Brüsseldə baş tutacaq.

Görüşdə əsas müzakirə olunacaq məsələni NATO-nun Əfqanıstanda sülhməramlı əməliyyatları təşkil edəcək. Tərəflər həmçinin alyansın üzv və tərəfdaş ölkələri ilə əməkdaşlığın digər istiqamətlərini müzakirə edəcəklər.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti