...

Ağır cinayətlərə görə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Rusiyada tutulub

Siyasət Materials 8 İyun 2009 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Ağır cinayətlərə görə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı İnterpol əməkdaşları tərəfindən Rusiyada tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu əməkdaşlarının Rusiya Federasiyasının Volqoqrad vilayətində keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Afər Kərimov 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70 (banditizm), 120 (qanunsuz olaraq azadlıqdan məhrumetmə) və 146-cı (hədə-qorxu ilə tələb etmə) maddələri ilə axtarışda olub.

Kərimovun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti