...

Tbilisidə jurnalistlərin etiraz aksiyası keçirilib

Siyasət Materials 9 İyun 2009 11:50 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 iyun / Trend , N.Kirtsxaliya /

Tbilisinin kommunikasiya üzrə milli tənzimləmə komissiyasının binası qarşısında "bağlı ağızlar" aksiyası keçirilib. Aksiyanı "Maestro" teleşirkətinin əməkdaşları və onlarla həmrəy olan jurnalistlər keçirib.

Aksiya iştirakçıları teleşirkətə peyk verilişləri üzrə lisenziya verilməsini tələb ediblər.

Komissiyanın ofisi qarşısında simvolik olaraq yol da bir neçə dəqiqəlik bağlanıb.

Aksiyada şoumen Georgi Qaçaçiladze-Utsnobi də iştirak edib. Onun sözlərinə əsasən, Gürcüstan yeganə ölkədir ki, peyk verilişləri üçün lisenziya tələb olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti