...

Azərbaycanlı deputat Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılmasını təklif edir

Siyasət Materials 9 İyun 2009 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun  / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan parlamentinin üzvü Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılmasını təklif edir.

"Fransa Milli Assambleyasının aşağı palata üzvünün Ermənistanın ərazisindən keçərək Dağlıq Qarabağa səfər etməsinə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən nota verilməsi ilə kifayətlənmək olmaz. Bu çox yumşaq addımdır", - çərşənbə axşamı Milli Məclisin növbədənkənar iclasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib.

Trend -un arayışı:  Erməni KİV "DQR" parlamentinə istinadən bazar ertəsi Fransa milli toplanışının deputatı, Fransa-Ermənistan dostluq qrupunun sədri Fransua Roşbluanın "Dağlıq Qarabağ Respublikasına" gəldiyi barədə məlumat verib.

Azərbaycan Xarici İşlər Nazirliyi fransalı deputatın işğal olunmuş Dağlıq Qarabağa səfəri haqda məlumatı dəqiqləşdirir və məlumat təsdiqlənərsə müvafiq tədbirlər görəcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa вə ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Mustafanın sözlərinə görə, bu faktdan istifadə edərək Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması məsələsi qaldırılmalıdır. "Biz Fransaya qarşı çox sərt mövqeyimizi ortaya qoymalıyıq. Çünki bu dövlət bütün hallarda Azərbaycanın maraqlarına ziyan vurur. Ona görə biz buna kəskin mövqeyimizi bildirməliyik", - millət vəkili əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti