...

Gürcüstanın xarici işlər naziri iyunun 23-də ABŞ-a səfər edəcək

Siyasət Materials 12 İyun 2009 15:55 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 12 iyun / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze iyunun 23-də Birləşmiş Ştatlara səfəri çərçivəsində ABŞ-ın dövlət katibi Hillari Klinton ilə görüşəcək. Vaşadzenin jurnalistlərə bildirdiyi kimi, danışıqların əsas mövzusu Gürcüstanın təhlükəsizliyi və strateji tərəfdaşlıq üzrə Gürcüstan-Amerika xartiyasının konkret mexanizmlərinin işlənib hazırlanması olacaq.

"Artıq xartiyanın əsasnaməsinin konkret fəaliyyət planına keçirilməsi üzrə işlərə başlanılacaq", - deyə o bildirib.

Vaşadze həmçinin qeyd edib ki, "ABŞ-ın yeni Administrasiyası Gürcüstanı dəstəkləyəcəkmi" sualına bir daha müsbət cavab verilib.

Gürcüstanın xarici işlər naziri artıq üçüncü dəfədir ki, ABŞ-ın dövlət katibi Klinton ilə görüşür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti