...

ABŞ və Qırğızıstan "Manas" hava limanında tranzit mərkəzinin yaradılması barədə müqavilə imzalayıblar – mənbə

Siyasət Materials 23 İyun 2009 10:38 (UTC +04:00)
ABŞ və Qırğızıstan "Manas" hava limanında tranzit mərkəzinin yaradılması barədə müqavilə imzalayıblar – mənbə

ABŞ və Qırğızıstan hökuməti bazar ertəsi Amerikanın təyyarə bazasının yerləşdiyi "Manas" beynəlxalq hava limanında tranzit daşınma mərkəzinin yaradılması barədə müqavilə imzalayıblar. Bu barədə RİA Novosti-yə çərşənbə axşamı Qırğızıstan hökumətindən bildiriblər.

Respublika parlamentindən mənbənin bildirdiyinə görə, çərşənbə axşamı nahardan sonra deputatlar sözügedən müqavilənin təsdiqlənməsi məsələsinə baxacaqlar. Bu məsələyə ilk olaraq beynəlxalq komitə baxacaq.

Xəbər lenti

Xəbər lenti