...

Gürcüstanın ərazi bütövlüyünün bərpası ABŞ-ın prioritetlərindən biridir – Gürcüstanın BMT-dəki nümayəndəsi

Siyasət Materials 23 İyun 2009 14:24 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 iyun / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın BMT-dəki daimi nümayəndəsi Aleksandr Lomaya Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlıq xartiyasının imlementasiyası üzrə işlər prosesində müəyyən edilən ABŞ-ın mövqeyinə öz münasibətini bildirib.

Onun jurnalistlərlə söhbəti zamanı qeyd etdiyi kimi, "ABŞ administrasiyası praktiki olaraq Gürcüstanın suverenliyini toxunulmaz adlandırıb".

"Artıq məlumdur ki, Gürcüstanın ərazi bütövlüyünün bərpası Ağ Evin prioritetlərindən biridir", - deyə Lomaya ABŞ-Gürcüstan strateji tərəfdaşlıq şurasının işlərinin birinci mərhələsinin tamamlanmasından sonra bildirib.

Şuranın dörd istiqamətdə - demokratiya, təhlükəsizlik, iqtisadiyyat və xalqlar arasında münasibətlər istiqamətlərində yaradılmış komissiyalarda növbəti görüşləri Tbilisidə oktyabr ayının sonunda keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti