...

Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən daimi mübahisələr heç kəsin maraqlarına cavab vermir

Siyasət Materials 25 İyun 2009 11:53 (UTC +04:00)

Dağlıq Qarabağ və Dnestryanı münaqişələri ətrafında gedən daimi mübahisələr heç kəsin maraqlarına cavab vermir. Bu barədə Yunanıstanın xarici işlər naziri Dora Bakoyanni İTAR-TASS-ın müxbirinə eksklüziv müsahibəsində bildirib.   

"ATƏT-ə sədrlik edən Yunanıstan "dondurulmuş münaqişələrin" nizamlanmasında nə kimi imkanlar görür" sualını cavablandıran Bakoyanni qeyd edib ki, hər hansı bir münaqişənin hərb yolu ilə həlli mövcud deyil. "Sülh danışıqları ilə münaqişələrin həll olunması bütün mübahisələrdə yeganə variantdır. Dağlıq Qarabağ, həmçinin Dnestryanı münaqişələrində ATƏT artıq 15 ildir ki, vasitəçi rolunu oynayır. Hər iki sülh prosesində irəliləyişlər var və bu irəliləyişlər müsbət xarekterlidir. Əlbəttə, çətinliklər də olur. Bunula yanaşı, məsələnin həll olunması istəyi mövcuddur və biz bu istiqamətdə bütün tərəflər ilə birgə çalışırıq", - deyə o qeyd edib.

Yunanıstanın xarici işlər naziri qeyd edib ki, uzunmüddətli və çətin problemlərin həlli üçün sehrli üsullar mövcud deyil. "Məsələnin düzgün həll olunması, bütün tərəflərin münaqişənin heç kimin maraqlarına cavab verməməsi ilə razılaşması və bunu qavraması üçün vaxt tələb olunur", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti