Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Latviyanın ətraf mühit naziri Raymonds Veyonisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Səfərinin uğurla keçdiyini vurğulayan Latviyanın ətraf mühit naziri Veyonis bu gün səhər Latviya ilə Azərbaycan arasında ətraf mühitlə bağlı əməkdaşlığa dair razılaşma imzaladıqlarını bildirib.
Dövlətimizin başçısı Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin təkcə iqtisadi və siyasi istiqamətlərdə deyil, yeni sahələri əhatə etməklə də genişləndiyinin əhəmiyyətini vurğulayıb.