...

Gürcüstan Parlamentinin spikeri tibbi müayinə üçün Vyanaya yollanıb

Siyasət Materials 29 İyun 2009 16:25 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 iyun / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstan Parlamentinin spikeri David Bakradze tibbi müayinədən keçmək məqsədi ilə Vyanaya yollanıb.

Parlamentin mətbuat xidmətindən bildirildiyi kimi, qanunvericilik orqanı sədrinin vəziyyəti qənaətbəxşdir və Avstriyaya plan müayinəsindən keçmək üçün yollanıb.

Bu ilin fevral ayında Bakredzenin səhhətində problemlər yaranıb. Konkret olaraq böyrəkləridəki xəstəliyin kəskinləşməsi zamanı ona güclü allergik reaksiya yaradan preparat verilib, bunun nəticəsində isə ürəyində ağırlaşma yaranıb.

O, həmin vaxt müayinə üçün Avstriyaya gəlib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti