...

Azərbaycanın dini lideri Astanaya gəlib

Siyasət Materials 30 İyun 2009 13:41 (UTC +04:00)

Qazaxıstan, Astana, 30 iyun / Trend , müxbir K.Konırova /

"Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə xüsusi çarter reysi ilə Astanaya uçub", - Trend -un Astanadakı müxbirinə Azərbaycanın Qazaxıstandakı səfirliyinin nümayəndəsi məlumat verib.

"Azərbaycanın və Qafqazın dini lideri Astanaya dünyəvi və ənənəvi dinlərin liderlərinin III qurultayının işində iştirak etmək üçün gəlib", - səfirliyin nümayəndəsi bildirib.

Səfərdə onu Qafqaz Müsəlmanları Dini İdarəsinin beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi Müqəddəs Payızov müşayiət edir.

Bir müddət əvvəl xəbər verildiyi kimi, Astanaya dünyəvi və ənənəvi dinlərin liderlərinin III qurultayı öz işinə iyulun 1-2-də Astanada başlayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti