...

Azərbaycan Prezidenti Rudolf İvanovu "Dostluq" ordeni ilə təltif edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 1 İyul 2009 12:48 (UTC +04:00)
Azərbaycan Prezidenti Rudolf İvanovu "Dostluq" ordeni ilə təltif edib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 01 iyul / Trend /

Azərbaycan Prezidenti İlham Əliyev Rudolf Nikolayeviç İvanovu Azərbaycan və Rusiya Federasiyası arasında mədəni əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edib. Bu barədə çərşənbə axşamı AzərTAc Azərbaycan Dövlət İnfromasiya Agentliyi məlumat verib.

İvanov Rusiyanın məşhur tarixçi-Qafqazşünası, Azərbaycanın görkəmli sərkərdələri haqqında kitabların müəllifi, Böyük Vətən Müharibəsi veteranı, professor, Beynəlxalq İnformatizasiya Akademiyasının akademiki, Rusiyanın Jurnalistlər və Yazıçılar İttifaqının üzvü, Dağıstan Respublikasının Xunzaxa fəxri vətəndaşı, AMEA-nın və AR Naxçıvan Dövlət Universitetinin fəxri doktorudur.

Professor İvanov Rusiya imperiyası və Qafqazın tarixi, həmçinin Qafqaz xalqlarının tarixi, Qafqaz xalqlarının qəhrəmanlığı və onların Rusiya imperiyasının müdafiəsi və tərəqqisindəki roluna həsr olunmuş 23 kitabın, təxminən 200 məqalənin müəllifidir.

Onun "Sovet İttifaqı" adlı kitabı Azərbaycanın qoşun başçısı Cəmşid Naxçıvanski haqqında tarixi monoqrafiyadır. Kitabda əfsanəvi Naxçıvan xanları sülaləsinin sonuncu generalı, imperialist müharibənin qəhrəmanı, sərkərdə və Stalin represiyası qurbanının faciəvi taleyi əks olunur. Kitabın müəllifi üç dəfə yalan ittihamla həbs olunan və iki dəfə güllələnməyə məhkum edilən Azərbaycan xalqının böyük oğlunun həyatındakı parlaq hadisələri əks etdirir. İvanov arxivdə Cəmşid Naxçıvanskinin güllələnməsi haqqında hökmün Stalinin əmrinə əsasən sürgün ilə əvəzlənməsi haqqında sənədləri aşkar edə bilib.

Xəbər lenti

Xəbər lenti