...

Gürcüstan fərari Qluxovun Rusiyaya ekstradisiyasından imtina edib

Siyasət Materials 7 İyul 2009 19:16 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 07 iyul / Trend , müxbir N. Kirsxaliya /

Gürcüstanın Ədliyyə Naziliyi fərari Aleksandr Qluxovun Rusiyaya ekstradisiyasından imtina edib. Nazirlikdən veriən məlumata görə, Rusiya Federasiyasının Baş Prokurorluğu iyunun 1-də diplomatik kanallar vasitəsilə Gürcüstanın Ədliyyə Nazirliyinə Aleksandr Qluxovun ekstradisiyası xahişi ilə müraciət edib.

Gürcüstana rəsmi ərizə iyunun 1-də İsveçrənin Gürcüstandakı səfirliyi vasitəsilə göndərilib. Rusiya Baş Prokurorluğu Qluxovu fərarilikdə ittham edib.

Gürcüstanın Ədliyyə Nazirliyinin verdiyi məlumata görə, ərizənin göndərilməsinə qədər Gürcüstanın Qaçqınlarla İş və Yerləşdirmə Nazirliyi Qluxovun ona qaçqın statusu verilməsi xahişini təmin edib. "Bununla bərabər, qaçqınların statusu barədə Cenevrə konvensiyasının 33-cü maddəsinə görə, Gürcüstanın hər hansı bir şəxsi onu təqib edən ölkəsinə ekstradisiya etməmək barədə öhdəçiliyi var. Buna görə də, Gürcüstanın Ədliyyə Nazirliyi Rusiya Baş Prokurorluğunun Qluxovun ekstradisiyası ilə bağlı xahişini təmin etməkdən imtina edib", - nazirlik qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti