...

Gürcüstan öz şərtləri əsasında Rusiya ilə diplomatik münasibətləri bərpa etməyə razılıq verə bilər - dövlət naziri

Siyasət Materials 8 İyul 2009 20:06 (UTC +04:00)
Gürcüstan öz şərtləri əsasında Rusiya ilə diplomatik münasibətləri bərpa etməyə razılıq verə bilər - dövlət naziri

Gürcüstan, Tbilisi, 08 iyul / Trend , müxbur N.Kirsxaliya /

Gürcüstan Rusiya ilə diplomatik münasibətləri yalnız o halda bərpa etməyə razılıq verə bilər ki, bu ölkə özünün diplomatik nümayəndəliklərinin sayını birə endirsin. Gürcüstanın reinteqrasiya üzrə dövlət naziri Temur Yakobaşvili jurnalistlərə deyib ki, bu gün Rusiyanın Gürcüstanda üç səfirliyi var.

Onun sözlərinə görə, "onların sayı birə endirilərsə, danışıqların başlanmasına heç nə mane olmayacaq".

Yakobaşvili həmçinin qeyd edib ki, bir dövlət digər dövlətin ərazi bütövlüyünü tanımırsa, diplomatiyadan danışmaq yersizdir. "Qoy onda Qldani və Ortaçalada da öz səfirliklərini açsınlar".

Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyandan sonra, bu qondarma respublikalarda səfirliklərini açıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti