...

Azərbaycanın ABŞ-da birinci səfirinin kitabı rusdilli auditoriyaya təqdim edilib

Siyasət Materials 17 İyul 2009 16:32 (UTC +04:00)
“Bir səfirin manifesti” kitabının rus dilində nəşr edilməsinin əsas məqsədi Azərbaycanı və Azərbaycan diplomatiyasını Rusiyada, həmçinin Azərbaycandakı rusdilli auditoriyada təqdim etməkdir", - cümə günü təqdimat mərasimində kitabın müəlllifi, Azərbaycanın ABŞ-da ilk səfiri, hazırda Azərbaycan Diplomatiya Akademiyasının rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev bildirib.
Azərbaycanın ABŞ-da birinci səfirinin kitabı rusdilli auditoriyaya təqdim edilib

Azərbaycan, Bakı, 17 iyul / Trend , müxbir Ü.Sadıxova /

"Bir səfirin manifesti" kitabının rus dilində nəşr edilməsinin əsas məqsədi Azərbaycanı və Azərbaycan diplomatiyasını Rusiyada, həmçinin Azərbaycandakı rusdilli auditoriyada təqdim etməkdir", - cümə günü təqdimat mərasimində kitabın müəlllifi, Azərbaycanın ABŞ-da ilk səfiri, hazırda Azərbaycan Diplomatiya Akademiyasının rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev bildirib. 

"Müstəqillik qazandıqdan sonra müasir Azərbaycan ətraflı şəkildə öyrənilməyib və bu kitab Azərbaycan diplomatiyasının dirçəlişindən bəhs edir", - Paşayev bildirib. Onun sözlərinə görə, kitabın başlıca xüsusiyyəti onun tərcümə zamanı saxlanılan poetik dili ilə bağlıdır.

Əvvəlcə Azərbaycan dilində nəşr edilmiş kitabın adını müəllif atasının - məşhur azərbaycanlı yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərindən götürüb.

"Bir səfirin manifesti" kitabı ötən əsrin 90-cı illərdə Azərbaycan diplomatiyasının yaranması, həmçinin Azərbaycan və ABŞ arasında qurulan münasibətlərin tarixindən bəhs edir.

Rus dilinə tərcümənin redaktoru Siyavuş Məmmədzadədir.

"Bu kitabda Paşayev diplomatiyanın çətin yollarından bəhs edir. Müəlif kitabda diplomatiyada tez-tez seçim qarşısında qalmaqdan, vəziyətdən çıxış yolunu necə tapmaqdan danışır", - Məmmədzadə bildirib.

Onun dediyi kimi, ötən əsrin 90-cı illərində - çətin dövrdə Paşayev Azərbaycan haqqında yalan təsəvvürlərin bərqərar olduğu ABŞ-da öz fəaliyyətinə başlayıb. "16 il ərzində Birləşmiş Ştatlardakı diplomatik fəaliyyəti zamanı Paşayev ölkəsinə olan münasibəti tamamilə dəyişməyə nail olub", - deyə Məmmədzadə bildirib.

"Kitab diplomatlar üçün əla tədris vəsaiti ola bilər", - deyə o qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti