...

Gürcüstan Prezidenti parlament müzakirələrində iştirak edəcək

Siyasət Materials 20 İyul 2009 10:58 (UTC +04:00)
Gürcüstan Prezidenti parlament müzakirələrində iştirak edəcək

Gürcüstan, Tbilisi, 20 iyul / Trend , müxbir N. Kirtsxaliya /

Gürcüstan Prezidenti Mixayıl Saakaşvili bazar ertəsinə ölkə parlamentinin nəzərdə tutulan müzakirələrində iştirak edəcək. Məlumata əsasən, o,Tbilisi vaxtı ilə saat 18:00-da, ya da 20:00-da gələcək.  

Müzakirələr reqlamentin 138 maddəsinə müvafiq olaraq keçiriləcək. Müzakirələrdə iştirak etmək üçün parlament çoxluğu və azlığına 45 dəqiqə verilir, parlament və fraksiya sədrinə 15 dəqiqə, spiker müavinlərinə 10 dəqiqə, heç bir fraksiyaya daxil olmayan deputatlara isə 5 dəqiqə verilir.

Fraksiya, azlıq və çoxluq ayrılmış vaxt çərçivəsində çıxış edənlərin sayını və onlar arasında vaxt bölgüsünün sxemini müəyyən edir.

Müzakirələrin sonunda parlament spikeri ona təqdim olunan vaxt limitindən istifadə edə bilər və baxılmış məsələləri səsverməyə qoya bilər.

Bununla yanaşı, ali qanunvericilik orqanı binasının üç girişində müxalifət gənclərinin etiraz aksiyaları keçiriləcək. Artıq dünəndən etibarən "Qoşulun" hərakatının üzvləri parlamentin bütün girişlərində piketlər keçirir.

Gənclər prezidentdən "siyasi məhbusların" azad olunmasını, müxalifətin dinc aksiyalarının dağıdılmasında günahkar olanların cəzalandırılmasını tələb etmək niyyətindədirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti