...

Baydenin səfəri ABŞ-ın Gürcüstanın daxili və xarici siyasətinə dəstəyi deməkdir - XİN

Siyasət Materials 20 İyul 2009 14:50 (UTC +04:00)
"ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Gürcüstana səfəri, ABŞ-ın yeni administrasiyasının Gürcüstan hökumətinin daxili və xarici siyasətinə dəstəyinin məntiqi davamı deməkdir", - ənənəvi bazar ertəsi brifinqində Gürcüstan XİN rəhbərinin müavini David Calaqaniya deyib.
Baydenin səfəri ABŞ-ın Gürcüstanın daxili və xarici siyasətinə dəstəyi deməkdir - XİN

Gürcüstan, Tbilisi, 20 iyul / Trend , müxbur N.Kirtsxaliya /

"ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Gürcüstana səfəri, ABŞ-ın yeni administrasiyasının Gürcüstan hökumətinin daxili və xarici siyasətinə dəstəyinin məntiqi davamı deməkdir", - ənənəvi bazar ertəsi brifinqində Gürcüstan XİN-nin müavini David Calaqaniya deyib.

Onun sözlərinə görə, bu səfər strateji tərəfdaşlıq haqda xartiyanın realizəsi ilə ilə başlayan münasibətlərin davamıdır.

"Bayden Gürcüstana yetərincə geniş nümayəndə heyəti ilə gələcək. Ona dövlət administrasiyası, ticarət şurası və dövlət təhlükəsizliyi şurasının nümayəndələri daxildir", - Calaqoniya qeyd edib.

Onun sözlərinə görə, proqramda vitse-prezidentin Gürcüstan Prezidenti ilə görüşü nəzərdə tutulub. Bayden Gürcüstan parlamentində çıxış edəcək və ictimaiyyətin nümayəndələri ilə görüşəcək. "Görüşlərdə xartiyada nəzərdə tutulmuş, həmçinin təhlükəsizlik və sabitliklə bağlı bütün mövzular üzrə açıq söhbət olacaq", - Calaqoniya bildirib.

Amerika mənbələrinin məlumatına görə, Bayden parlament müxalifəti ilə də görüşə bilər.

Bayden Gürcüstana iyulun 22-də Ukraynadan, təxminən saat 18:00-da gələcək və iyulun 23-də ölkəni tərk edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti