...

Azərbaycan və İsrail arasında imzalanmış sənədlər təsdiq edilib

Siyasət Materials 23 İyul 2009 13:36 (UTC +04:00)
Sərəncama əsasən, Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş, informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib.
Azərbaycan və İsrail arasında imzalanmış sənədlər təsdiq edilib

Azərbaycan Prezidenti cümə axşamı Azərbaycan Respublikası və İsrail dövləti arasında 2009-cu il iyunun 28-də Bakı şəhərində imzalanmiş sənədlər haqqında Sərəncam imzalayıb, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş, informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib.  

Sənədə əsasən, Azərbaycanın Nazirlər Kabinetinə tapşırılıb ki, bu Sərəncamda göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün. Xarici İşlər Nazirliyinə tapşırılıb ki, bu Sərəncamda göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə İsrail Dövləti Hökumətini xəbərdar etsin.

Xəbər lenti

Xəbər lenti