...

Azərbaycan Prezidenti Nəsirəddin Tusi adına Rəsədxananın yenidən qurulmasına üç milyon manat vəsait ayırıb

Siyasət Materials 23 İyul 2009 19:11 (UTC +04:00)
Sərəncama əsasən, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının maddi-texniki bazasının gücləndirilməsi, yenidənqurma və təmir-tikinti işlərinin davam etdirilməsi üçün 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 3,0 (üç) milyon manat vəsait ayrılıb.
Azərbaycan Prezidenti Nəsirəddin Tusi adına Rəsədxananın yenidən qurulmasına üç milyon manat vəsait ayırıb

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının maddi-texniki bazasının gücləndirilməsi və təmir-tikinti işlərinin aparılması məqsədi ilə rəsədxananın yenidən qurulması barədə sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncama əsasən, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının maddi-texniki bazasının gücləndirilməsi, yenidənqurma və təmir-tikinti işlərinin davam etdirilməsi üçün 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 3,0 (üç) milyon manat vəsait ayrılıb.

Maliyyə Nazirliyinə göstərilən vəsaitin Azərbaycan Milli Elmlər Akademiyasının hesabına köçürülməsini təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti