...

Gürcüstanda "donuz qripi"nə altıncı yoluxma halı təsdiq olunmayıb

Siyasət Materials 31 İyul 2009 17:21 (UTC +04:00)
Tbilisidə "donuz qripi"nə altıncı yoluxma halı laborator cəhətdən təsdiq olunmayıb. Səhiyyə nazirinin müavini Nikoloz Priudzenin jurnalistlərə dediyi kimi, laborator analizlərin nəticəsində altıncı halın A/H1N1 virusu olmadığı müəyyənləşib.
Gürcüstanda "donuz qripi"nə altıncı yoluxma halı təsdiq olunmayıb

Gürcüstan, Tbilisi, 31 iyul / Trend , müxbir N.Kirsxaliya /

Tbilisidə "donuz qripi"nə altıncı yoluxma halı laborator cəhətdən təsdiq olunmayıb. Səhiyyə nazirinin müavini Nikoloz Priudzenin jurnalistlərə dediyi kimi, laborator analizlərin nəticəsində altıncı halın A/H1N1 virusu olmadığı müəyyənləşib.

"Altıncı şübhəli halda virus təsdiq edilməyib. Bununla da, Tbilisidə A/H1N1 virusuna beş yoluxma halı qeydə alınıb", - Priudze deyib.

Xatırladaq ki, donuz qripi simptomlarına oxşar altıncı hadisə sərhəddən kənarda yoluxmuş oğlu ilə təmasda olan anada aşkarlanmışdı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti