...

Hakimiyyət kürd məsələsində öz fikrini açıq şəkildə bildirməlidir - Türkiyə müxalifətinin lideri

Siyasət Materials 6 Avqust 2009 13:46 (UTC +04:00)

Türkiyədə ana müxalifət Cumhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykal partiyasının keçirdiyi mətbuat konfransında bildirib ki, hakimiyyət kürd məsəsləsində öz fikrini açıq şəkildə bəyan etməlidir. Bu haqda Türkiyənin CNN TÜRK telekanalı məlumat verib.

"Hakimiyyət kürd məsələsində öz fikrini açıq şəkildə bildirməlidir. Lakin hakimiyyət bu  məsələdə öz planını gizlədir", - deyə Baykal bildirib.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyədəki  kürd mənşəli Demokratik Toplum  Partiyasının (DTP) lideri Ahmet Türk ilə görüşüb. Baş nazir bu görüşün müsbət keçdiyini  və tez bir zamanda  ölkədə mövcud olan kürd probleminin həllininin tezləşəcəyini bildirib. DTP lideri Türk də bu görüşün iki  tərəf arasında dialoqun yaranması üçün başlanğıc olduğunu bildirib.

Ana müxalifətin lideri Baykal hesab edir ki, hakimiyyət ölkədə terroru dəstəkləyən biriləriylə müzakirələr aparır.

"Biz  hər hansı bir tərəflə dialoq qurulmasının əleyhinə deyilik, istəyimiz hakimiyyətin bizi aldatmamasıdır", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti