Azərbaycan, Bakı, 06 avqust / Trend , müxbir A.Hüseynbala /
Azərbaycanın müxalifət partiyası bələdiyyə seçkilərində heç bir siyasi qüvvə ilə əməkdaşlıq etməyəcək.
"Biz əvvəlki seçkilərdə bir neçə partiya ilə əməkdaşlıq etsək də, nəticəsi uğurlu olmadığına görə bələdiyyə seçkilərində təkbaşına iştirak barədə qərar vermişik", - cümə axşamı Trend -a Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bildirib.
Trend -un arayışı: May ayında Azərbaycan parlamentində "Bələdiyylərin birləşdirilməsi haqqında" qanun qəbul edilib. Qəbul edilən qanuna görə, Azərbaycanda bələdiyyələrin sayı 2757-dən 1766-ya enib.
Azərbaycanda bələdiyyə seçkisi 2009-cu ilin dekabrında, parlament seçkisi isə 2010-cu ilin payızında keçirilməlidir. Bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
Rəhimlinin sözlərinə görə, pariyanın Siyasi Şurası bütün rayon təşkilatlarına bələdiyyə üzvlüyünə namizədlərin müəyyənləşdirilməsi üçün tapşırıq verib. "Bu proses sentaybr ayının ortalarına qədər başa çatmalıdır. Sentyabrın axırlarında isə Ali Məclisin iclasında bələdiyyələrə namizədlərimizin siyahısının təsdiqlənməsi haqda qərar çıxarılacaq", - sədr müavini əlavə edib.
Ədаlət Pаrtiyаsı 1993-cü ildə yаrаdılıb, 1996-cü ildə АDP-yə birləşib. 2000-ci ildə "Ədаlət"çilər АDP-dən аyrılаrаq pаrtiyаnın fəаliyyətini bərpа еdiblər. 2001-ci ildən indiyədək Ədаlət Pаrtiyаsınа İlyаs İsmаyılоv sədrlik еdir. İsmаyılоv 2003-cü ildə Аzərbаycаndа kеçirilmiş prеzidеnt sеçkilərində prеzidеntliyə nаmizəd оlub və hazırdа Milli Məclisin dеputаtıdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]