...

ABŞ və Gürcüstan elm və texnologiya sahəsində müqavilə imzalayıblar

Siyasət Materials 7 Avqust 2009 10:30 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 06 avqust / Trend , müxbir N.Kirtsxaliya /

ABŞ ilə strateji əməkdaşlıq çərçivəsində bu ölkə ilə Gürcüstan arasında elm və texnologiya sahəsində müqavilə imzalanıb. Müqaviləni Gürcüstanın təhsil naziri Nika Qvaramiya və ABŞ-ın Gürcüstandakı səfiri Con Teft imzalayıb.  

Müqavilənin məqsədi iki ölkənin elmi və texnoloji mühiti arasında münasibətlərin dərinləşdirilməsi, birgə elmi layihələrin və tədqiqatların həyata keçirilməsidir.

Müqavilə çərçivəsində iki ölkənin dövlət idarələri və ali təhsil məktəbləri arasında birbaşa əlaqələr dərinləşdiriləcək, birgə seminarlar və konfranslar həyata keçiriləcək.  

Əməkdaşlıq haqqında Xartiyanın imzalanmasından sonra təhsil və elm sahəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Münasibətlərin dərinləşdirilməsi təkcə elm sahəsində deyil, eyni zamanda ali və orta təhsil sahəsində də planlaşdırılır.

Qvaramiya jurnalistlərə müsahibəsində dildirib ki, Xartiyanın imzalanması çərçivəsində ilk müqavilənin təhsil sahəsində bağlanmasına şaddır.

ABŞ səfiri də öz növbəsində bildirib ki, bu çox mühim müqavilədir və onun iki ölkənin alimləri arasında əməkdaşlığı dərinləşdirəcəyinə ümid edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti