Azərbaycan, Bakı, 07 avqust / Trend , müxbir A.Hüseynbala /
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovla telefonla danışaraq Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Finlandiyanın "Honka" klubu üzərində qazanılan qələbə və "Qarabağ"ın pley-off mərhələsinə vəsiqə qazanması münasibətilə onu təbrik edib, Trend -un məlumatına görə, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi İnternet saytında məlumat yayılıb.
Dövlət başçısı "Qarabağ" klubuna qarşıdakı oyunlarda da müvəffəqiyyət arzulayıb.
"Qarabağ" "Honka" üzərində səfərdə 1:0, ev oyununda isə 2:1 hesabı ilə qələbə qazanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]