Avqustun 10-da Bakıda yerləşən "Gülüstan" sarayında Azərbaycan Prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyevanın adından Latviya Respublikasının Prezidenti Valdis Zatlersin və xanımı Lilita Zatlerenin şərəfinə rəsmi ziyafət təşkil edilib. Bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyi AzərTac-ın məlumatında deyilir.
Ziyafətdə dövlət başçıları nitqlə çıxış ediblər.