Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları - polkovniklər İsmayıl Əkbərov, Əsgər Xəlilov və Araz Məmmədova general-mayor hərbi rütbəsinin verilməsi barədə sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Dövlət başçısı digər sərəncamla xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə və Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə xidmətin hərbi qulluqçularını medal və ordenlərlə təltif edib.
DSX-nin iki hərbçisi - polkovniklər Zəki Cəlilov və Elşən Verdiyev "Azərbaycan Bayrağı" ordeni, doqquz hərbçisi "Vətən Uğrunda" medalı, dörd hərbçisi "İgidliyə görə" medalı, qırx hərbçisi "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.