Azərbaycan, Bakı, 17 avqust / Trend , muxbir H.Bağırov /
Bakıda turist kimi səfərdə olan İtaliya və İspaniya vətəndaşları saxlanılıb.
Bakının Sabunçu Rayon Polis İdarəsindən bazar ertəsi Trend -a verilən məlumata görə, 12-ci polis bölməsinin əməkdaşları "Balaxanıneft"in 3-cü mədəninin 2-ci sahəsində çəkiliş aparan, Azərbaycana turist kimi gələn İtaliya vətəndaşları Sralletti Françesko, Lotti Stefano, İspaniya vətəndaşları San Sebastyan, Liano Rahhno Lauranı saxlayıb.
Turistlər Sabunçu Rayon Polis İdarəsinə aparılıb.
Onlara dövlət əhəmiyyətli yerlərdə çəkiliş aparılmasının qadağan olduğu bildirilib.
Turistlər bildiriblər ki, öz maraqları üçün videoçəkiliş aparıblar. Onlara xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar.
Məqalə muüllifi ilə əlaqə unvanı: [email protected]