...

Dehlidə "Mərkəzi Asiya Dostları Forumu" qeyri-hökumət təşkilatının inauqurasiya mərasimi keçirilib

Siyasət Materials 18 Avqust 2009 11:32 (UTC +04:00)

Qazaxıstan, Astana, 18 avqust / Trend , müxbir K.Konırova /

Dehlidə "Mərkəzi Asiya Dostları Forumu" qeyri-hökumət təşkilatının inauqurasiya mərasimi keçirilib, bu barədə Trend -a Qazaxıstan XİN-in mətbuat katibi İlyas Ömərov bildirib.

"Yeni təşkilatın əsas vəizfəsi region ölkələri və Hindistan, xüsusilə Mərkəzi Asiya ölkələri vətəndaşları arasında birbaşa əlaqələrin inkişafıdır. Təşkilatın məqsədi mədəniyyət, incəsənət, biznes və turizm sahəsində dialoqa təşviqdir", - Ömərov bildirib.

Onun sözlərinə əsasən, Hindistan yaxın zamanda MDB ölkələrinin birində göstərilən sahədə əlaqələrin fəallaşdırılması üçün bu ölkənin Turizm Nazirliyinin nümayəndəliyinin açılması imkanını nəzərdən keçirir. Bundan savayı, yaxın zamanlarda "Mərkəzi Asiya Dostları Forumu" nümayəndə heyətini Mərkəzi Asiyaya göndərmək niyyətindədir.

"Yeni təşkilatın inauqurasiya mərasimində çıxış edən Qazaxıstanın Hindistandakı səfiri Kayrat Umarov Mərkəzi Asiya və Cənubi Asiya arasında əlaqələrin müsbət artım tendensiyasını alqışlayıb", - Ömərov bildirib. O qeyd edib ki, Qazaxıstan və Hindistan arasında ikitərəfli münasibətlərin genişləndirilməsi də buna yardım edir.

Mətbuta katibinin sözlərinə əsasən, qazaxıstanlı diplomat payızda Astanada keçiriləcək Ümumdünya Turizm Təşkilatının 18-ci Baş Assambleyası haqqında iştirakçıları məlumatlandırıb.

"Bütövlükdə tədbirin iştirakçıları Mərkəzi Asiya ilə əlaqələrin inkişafına yönələn daha bir ictimai təşkilatın yaradılmasını regioal əməkdaşlığa yardım edən müsbət hadisə kimi qeyd ediblər", - Ömərov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti