...

Metyu Brayzanın xələfi yaxınlarda Gürcüstana gələcək

Siyasət Materials 19 Avqust 2009 17:27 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 19 avqust / Trend , müxbir N.Kirsxaliya /

ABŞ dövlət katibinin köməkçisinin müavini postunda Metyu Brayzanı əvəzləyəcək Tina Kaydanov sentyabrda Gürcüstanda ilk görüşlərini keçirəcək.

ABŞ-da səfərdə olan Gürcüstan Parlamentinin vitse-spikeri Paata Davitaya jurnalistlərə Vaşinqtonda Kaydanovla görüşdüyünü bildirib. Görüş zamanı məlum olub ki, Kaydanov sentyabrda Gürcüstana gələcək, həm hökümət, həm də müxalifət nümayəndələri ilə görüşəcək.

"Görüşlərdə münaqişə zonalarında vəziyyət və onların nəticələri müzakirə edilib", - Davitaya məlumat verib. Ancaq iki saatlıq görüşün əsas hissəsi, onun sözlərinə görə, daxili siyasi vəziyyətin analizinə həsr olunub.

"Kaydanov bildirib ki, ABŞ Adminitrasiyası Gürcüstanda demokratiyanın inkişafına böyük diqqət ayırır və seçki məcəlləsinin təkmilləşdirilməsini diqqətlə izləyir", - vitse-spiker bildirib.

O qeyd edib ki, ölkədə demokratik proseslərin inkişafına böyük diqqət ayrılıb.

"Gürcüstanda demokratiya nə qədər güclü olarsa, ABŞ-ın dəstəyi bir o qədər çox olar", - Davitaya deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti