...

Tbilisidə məşhur "Taqlaura" restoranı yanıb

Siyasət Materials 25 Avqust 2009 11:12 (UTC +04:00)
Tbilisidə məşhur "Taqlaura" restoranı yanıb

Gürcüstan, Tbilisi, 25 avqust / Trend , müxbir N.Kirtsxaliya /

Yanğın nəticəsində dünən axşam Didi Diqomidəki məşhur yay restoranı "Taqlaura" tamamilə yanıb. Yanğın 20:20-da baş verib, yanğının söndürülməsi üçün 12 yanğın söndürmə briqadası cəlb olunub.

Hadisə nəticəsində heç kəs xəsarət almayıb, restoranın bütün əməkdaş və müştəriləri evakuasiya edilib.

Polis yanğının səbəbini araşdırır. Şahidlər təsdiqləyir ki, qığılcım kaminin odundan samana keçib, bunun da nəticəsində yanğın baş verib.

Hazrıkı mərhələdə restorana dəymiş ziyanın məbləği barədə məlumat verilmir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti