Gürcüstan, Tbilisi, 26 avqust / Trend , müxbir N.Kirtsxaliya /
"202" teleşirkətinin təsisçisi Şalva Ramişvili bu gün səhər həbsdən azad edilib. Cəzasını Rustavidə çəkən Ramişvili həbsxanadan bu gün saat 11:00 azad edilməli idi, lakin jurnalistin özünün bildirdiyi kimi, ajiotaj olmaması üçün ölkə prezidentinin şəxsən müdaxiləsindən sonra o, təyin edilmiş vaxtdan tez buraxılıb
Hazırda o, ailə üzvlərinin yanındadır, mətbuat konfransını sonra keçirəcəyinə söz verib.
"202" teleşirkətinin təsisçiləri Şalva Ramişvili və David Koxreydze 2005-ci ilin avqustunnda həbs ediliblər. Onlar Gürcüstan Parlamentinin deputatı Kobı Bekauridən şantaj yolu ilə 100 min dolların alınmasında ittiham edilib. Ramişvilinin və Koxreidzenin həbsi şəxsən Bekauri tərəfindən hüquq-mühafizə orqanlarına təqdim edilən video materaial əsasında həyata keçirilib.
Ramişviliyə dəfələrlə vaxtından əvvəl həbsdən azad edilmə təklif edilib. Bunun üçün o, prezidentə əfv edilməsi xahişi ilə məktub yazmalı idi, lakin o bundan imtina edib. O, özünü Prezident Mixail Saakaşvilinin "şəxsi məhbusu" hesab edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]