Azərbaycan, Bakı, 27 avqust / Trend , müxbir C. Babayeva /
ABŞ-ın Enerji məsələləri üzrə xüsusi səfiri Riçard Morninqstar cümə axşamı Bakıda neft və qazın regiondan Avropa və dünya bazarlarına nəqli difersifikasiyasının inkişafi sahəsində ABŞ-ın Azərbaycana dəstəyi məsələsini müzakirə etmək niyyətindədir. Bu barədə Trend -a ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.
Morninqstar birgünlük səfəri zamanı Azərbaycanın yüksək vəzifəli dövlət rəsmiləri və özəl sektorun nümayəndələri ilə görüşməyi planlaşdırır.
Regiona səfəri çərçivəsində o, Qazaxıstanda da səfərdə olub.
ABŞ-ın dövlət katibi bu ilin yazında Morninqstarı enerji ehtiyatlarının inkişafı və nəqli məsələləri üzrə xüsusi səfir təyin edib.