Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Almaniyanın "RWI" şirkətinin prezidenti Yurgen Qrossmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Görüşdə Azərbaycan ilə Almaniyanın "RWI" şirkəti arasında energetika sahəsində həyata keçirilən əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropaya nəql edilməsi istiqamətində ölkəmizlə "RWI" şirkətinin birgə fəaliyyətinin perspektivləri müzakirə edilib.
Görüşdə Almaniya Federativ Respublikasının keçmiş xarici işlər naziri - vitse-kansleri Yoşka Fişer də iştirak edib.