Gürcüstan, Tbilisi, 01 sentyabr / Trend , müxbir N.Kirsxaliya /
Yeni tədris ilindən Abxaziyanın işgal edilmiş ərazilərindəki orta məktəb attestatlarında rus dili ana dili kimi göstəriləcək. Bu barədə muxtar respublikanın təhsil və mədəniyyət naziri Dali Xomeriki bugünkü mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, yeni tədris ilindən etibarən Abxaziya məktəbləri rus dilinin ana dili kimi qeyd edildiyi attestatlar verəcək. Nazir hesab edir ki, bu yalnız gürcü dili üçün yox, həm də abxaz dili üçün təhlükə yaradır.
"Bizim məqsədimiz abxaz dilinin də qeydinə qalmaqdır", - Xomeriki qeyd edib.
Bu gün Abxaziyada, eyni zamanda Gürcüstan məktəblərində yeni tədris ili başlayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]