...

NATO-nun Baş katibi Türkiyə və Ermənistan arasında əldə olunan razılığı alqışlayır

Siyasət Materials 3 Sentyabr 2009 10:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 sentyabr / Trend , müxbir A.Axundov /

NATO-nun Baş katibi Andreas Foq Rasmussen diplomatik münasibətlərin bərpa edilməsinə dair Türkiyə və Ermənistan arasında əldə olunan razılığı alqışlayır, Anadolu İnformasiya Agentliyi xəbər verib.

"İnanıram ki, Türkiyə və Ermənistan arasında münasibətlərin yaxşılaşması Avropada stabilliyə və təhlükəsizliyə səbəb olacaq", - Rasmussen Şimali Atlantika Alyansının Brüsseldə yerləşən qərargahında keçirilən mətbuat konfransında bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti